24.06.2020 09:23
6
abunə
1179
Covid19-dan ölən gəncin anasının da ürəyi partladı - AZƏRBAYCANDA FACİƏ

Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan dünyasını dəyişib.

 9 gündür COVİD-19-ə görə xəstəxanada müalicə alan Ramin Qurbanov adlı şəxs bu gün dünyasını dəyişib. Mərhumun bu gün doğum günü imiş. Dostları sosial şəbəkədə əvvəlcə təbrik daha sonra isə başsağlığı mesajı yazıblar.

Daha bir məlumata görə isə Raminin ölüm xəbərini eşidən anası da dünyasını dəyişib. Bu haqda sosial şəbəkədə Teymur Hacıyev məlumat verib: Deyirdilər koronavirus cavanlara toxunmur. Canı sağlam olanlar hiss etmirlər. Belə deyilmiş.

Koronavirus tanıdığım ən gözəl insanlardan birini bu gün dünyadan apardı. Bu gün doğum günü idi. Hər kəs onu təbrik edirdi. Axşama doğru tanışlarının hər biri Raminin ölüm xəbəri ilə sarsıldı. 9 gün idi xəstəxanada korona ilə döyüşürdü, amma məğlub oldu. Bir az öncə anasının da bu dərdə dözə bilməyib dünyasını dəyişdiyini eşitdim. Bu bəla hələ neçə canlar alacaq?

Allah rəhmət eləsin.

(azxeber.com

Daxil olun


x
This website is using cookies. More info. That's Fine