01.10.2020 11:27
6
abunə
362
Corc Martin: “Tramp prezidentlik vəzifəsini rüsvay etdi”

Tramp prezidentlik vəzifəsini rüsvay etdi.

Rosbalt.ru yazır ki, “Taxt oyunları” serialının çəkildiyi “Buz və atəşin mahnısı” tsiklinin müəllifi Corc Martin Donald Trampın prezidentliyə namizəd Co Baydenlə debatdakı davranışını şərh edib.

C.Martin şəxsi bloqunda qeyd etdiyi kimi, D.Tramp “prezidentlik vəzifəsini rüsvay edib və demokratiyaya toxunub”. O, mübahisələrin “Co Baydenin layiqli şəxs olduğunu, lakin Donald Trampın buna layiq olmadığını” göstərdiyini vurğulayıb.

C.Martin D.Trampın mübahisə zamanı davranışını “təhqiramiz, əsəbi və kobud” adlandırıb və onu “şok edici yalanlar, böhtanlar və şəxsi hücumlarda” günahlandırıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine