
Çindən bir qrup həkim Azərbaycana gəldi -

Avqustun 4-də Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib ki, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.
Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.
"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib. Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.
Etiketlər
Oxşar xəbərlər

“COVID”lə mübarizə üçün Kubadan həkimlər gəldi -
Son Xeberler

Türkiyədə çalışan 45 həkim Azərbaycana qayıtdı
Son Xeberler

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler

"Çelsi" 6 futbolçusu ilə vidalaşmaq istəyir - SİYA...
İdman Xəbər

Türkiyədən daha 136 minatəmizləyən Azərbaycana gəl...
Son Xeberler

Daha bir həkim koronadan vəfat etdi
Son Xeberler