Çimərliklər bu tarixdən açıla bilər RƏSMİ
“Dəniz qırağında yaşayıb, dənizə getmək imkanı olmayanda insanlar təbii ki, narazılığını bildirirlər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, hazırda ölkə çimərliklərin açılmasına hazır deyil: "Böyük kütlə bir yerə gəldikdə, yoluxma riski artır”.
Ş. Mövsümov qeyd edib ki, insanların çimərlikdə məsafəni saxlaması çətindir: “İkincisi, insanlar çimərlikdə bir yerdən yemək, su alırlar və bu da risk yaradır. Üçüncüsü, çimərliyə bir rayonda yaşayanlar deyil, Bakının digər rayonlarında yaşayanlar da gəlir. Bu da yoluxmanı artırır. Amma biz bunu təşkil olunmuş bir qaydada edə bilsək, vətəndaşlara bir hədiyyə ola bilər. Avqustun 5-nə qədər çimərlikləri aça bilməyəcəyik. Avqustun 5-dən sonra bunu təhlükəsizlik tədbirlərini həyata keçirmək olarsa, bunu edəcəyik”.
Oxşar xəbərlər
Çimərliklər açılacaq?-
Son Xeberler
Dənizə getmək istəyənlərə
Son Xeberler
Şad Xəbər! Uşaq bağçaları bu tarixdən açıla bilər...
Son Xeberler
Kiçik kafe və restoranlar nə zaman açılacaq? -
Son Xeberler
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı -
Son Xeberler
Azərbaycanda toyların təşkili bu tarixdən sonra mü...
Son Xeberler