05.12.2020 12:28
6
abunə
335
Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satıldı

1962-ci ildə çəkilmiş “Doktor No” filmində Şon Konnorinin canlandırmış olduğu 007 nömrəli agent Ceyms Bondun istifadə etdiyi tapança hərracda 256 min ABŞ dollarına satılıb.

Lotun ilkin dəyəri “Julien’s Auctions” hərrac evinin qiymətləndirməsinə görə 150-200 min ABŞ dolları arasında olub.

Söhbət “Walther PP” tapançasından gedir. Fanatlar bilir ki, Ceyms Bond məhz “Doktor No”da “Beretta”dan “Walther PP”yə keçib.

Çünki Mi-6 “Beretta”nın yenidən uğursuz ola biləcəyindən narahat idi. Qeyd edək ii, dünyaca ünlü Şon Konnori oktyabrın 31-də 90 yaşında vəfat edib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine