Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfirini qəbul edib - FOTO
28 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Səfir Səud Əbdüləziz Əlrumi Nazir Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Etiketlər
Oxşar xəbərlər
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonda...
Son Xeberler
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Son Xeberler
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə
Son Xeberler
Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbu...
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu Moskva görüşünü müzak...
Son Xeberler