Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü
1 noyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə görüşü keçirilib.
XİN-dən daxil olan məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib.
Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışıb
Son Xeberler
Çavuşoğlu və Bayramov Qarabağla bağlı müzakirə apa...
Son Xeberler
Ceyhun Bayramovun Çavuşoğlu ilə telefon danışığı o...
Son Xeberler