🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Ceyhun Bayramov ABŞ səfirilə görüşdü

15.02.2021 18:26 633 baxış sayı 2 dəq. oxuma
Ceyhun Bayramov ABŞ səfirilə görüşdü

Azərbaycan Respublikasının Xarici işlər nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

Bu barədə  Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş: