"Çempionat başlasa, meydanda ölüm halı da baş verə bilər"
"Premyer Liqanın bərpası ilə bağlı mənim fikrim birmənalıdır. Bu şərtlər altında çempionat keçirmək olmaz".
Bunu futbol üzrə Azərbaycan millisinin keçmiş həkimi Boris Xetaqurov pandemiya dövründə çempionatın bərpasının mümkünlüyü barədə danışarkən deyib.
80 yaşlı mütəxəssis bildirib ki, yarışı davam etdirməmək üçün kifayət qədər tutarlı əsaslar var: "Birincisi, pandemiya hələ başa çatmayıb. Hər gün yoluxmaların sayı artır. Vəziyyət çox təhlükəlidir. Həftə sonları komendant rejimi tətbiq olunur. Bu isə klubların hazırlıq prosesini pozur".
B.Xetaqurov hazırda ən ciddi problemin futbolçuların uzun fasilədən sonra ağır fiziki məşqlər keçməsi olduğunu söyləyib: "Düzdür, onlar fərdi qaydada hazırlaşırdılar. Amma bu, tam fiziki yüklənməni əvəz edə bilməz. Bilmirəm, oyunçular komanda şəklində məşqlərə başlamazdan öncə ətraflı tibbi müayinədən keçiriliblər, ya yox. Məsələn, yay və qış fasiləsindən sonra bu prosesin həyata keçirilməsi mütləqdir. İndi isə havalar istidir, oyunlar arasında interval az olacaq. Yəni, futbolçuların istirahəti üçün vaxt qalmayacaq. Koronavirus infeksiyası bir yana, sırf buna görə onların həyatını təhlükəyə atmış olacağıq. "
Həkimin sözlərinə görə, artıq çempionatda ilk 3 yerin sahibi bəlli olduğundan yarışı davam etdirmək mənasızdır: "Onsuz da Premyer Liqanı tərk edən komanda olmayacaq. Belədə mövsümü bərpa etməyin nə mənası var? Düşünürəm ki, bu, qeyri-peşəkar yanaşmadır. Çünki futbolçuların ürək, tənəffüs sistemlərinin hansı vəziyyətdə olduğunu heç kim bilmir. Mənə görə bu şərtlər altında çempionatı bərpa etmək həm idman, həm tibbi, həm də məntiqi baxımdan yolverilməzdir".
B.Xetaqurov deyib ki, komanda üzvlərindən hansındasa koronavirus aşkarlansa, tək həmin kollektiv yox, rəqib klubun oyunçuları da karantinə alınacaqlar: "Bu, artıq iki komandanın çempionatda iştirak edə bilməyəcəyi deməkdir. Belədə cəmi 6 komanda qalacaq. Bu halda isə çempionatda idman prinsipləri pozulacaq. Premyer Liqanı davam etdirmək yolverilməzdir. Futbolçuların həyatını riskə atmaq lazım deyil. Zədə 100 faiz olacaq. Allah eləməsin, meydanda ölüm halı da baş verə bilər".
Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunmalıdır.
Oxşar xəbərlər
Ançelotti Derbi üçün Yeni Planını Açdı: Arda Güler...
Son Xeberler
“Paşinyan yaxın vaxtlarda istefa verə bilər” -
Son Xeberler
Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı
İdman Xəbər
"Qurdlar" Qayıtdı, Ferdi Kadıoğlu Meydanda!
Bugun.az
Bu 3 kənddə giriş-çıxış TAM BAĞLANA BİLƏR-
Son Xeberler
Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az