Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
Bu sözləri brifinqdə Azərbaycan Respubikasının Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir əlavə edib ki, 1-4-ci siniflər üçün həftədə 2-3 dəfə olmaqla, tədris əyani formada təşkil ediləcək: "5-9-cu və 10-11-ci siniflər üçün 15 sentyabrdan tədris distant formada təşkil olunacaq.
Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə".