Son Xeberler
Son Xeberler

12.11.2020 16:14

6 abunə

338

Bundan sonra həmsədrlərin işi nədən ibarət olacaq? - Lavrov açıqladı

Bundan sonra həmsədrlərin işi nədən ibarət olacaq? -

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri yaxın günlərdə münaqişə bölgəsində atəşkəsə dair əldə olunmuş razılaşmaların yerinə yetirilməsindəki rollarını müzakirə etmək üçün Moskvaya gələcəklər.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Amerikalı və fransız həmkarlarımızdan uzaqlaşmaq istəmirik. Üstəlik onları Moskvaya dəvət etdik. Önümüzdəki günlərdə əldə edilən razılaşmaların həyata keçirilməsinə necə töhfə verə biləcəkləri barədə ətraflı müzakirə üçün buraya gələcəklər", - Lavrov bildirib.

Nazir ATƏT-in Minsk Qrupunun rolunun qorunub saxlanıldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı bu mövqe tam təsdiqlənib. Lavrov "həmsədrlər, ilk növbədə UNESCO kimi BMT təşkilatları ilə birlikdə burada çox böyük rol oynaya bilər" deyib.

XİN rəhbəri, həmçinin həmsədrlərin Qarabağda dinc həyatın qurulmasında, dini yerlərin dirçəlməsində, onların etibarlı və ləyaqətli şəkildə fəaliyyətlərinin təmin edilməsində, etnik və konfessional qrupların bir yerdə yaşamasında xüsusi rolunu qeyd edib: "Burada həmsədrlər, ilk növbədə UNESCO kimi BMT təşkilatları ilə birlikdə böyük rol oynaya bilər".