06.02.2021 14:14
6
abunə
303
Bulvara gəzintiyə çıxan sakinlərə ÇAĞIRIŞ - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

Fevralın 6-da səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bulvarın bütün ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqları dezinfeksiya edilib.

Görülən işlər barədə danışan “Dənizkənarı Milli Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəfail Niftəliyev bildirib ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bulvar ərazisinə gələn insanların sayı artır. Buna görə də burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bulvar ərazisində yerləşən bütün obyektlər, o cümlədən yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya edilir.

Rəfail Niftəliyev bulvar ərazisində gəzintiyə çıxan sakinləri Operativ Qərargahın təlimatlarına riayət etməyə çağırıb.

 
 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine