Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
Valideynlərini itirən və valideyn himayəsindən məhrum olanlar övladlığa götürülərkən təhsil haqqını dövlət ödəyəcək
Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verərək, rəhbərlik etdiyi parlament komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirdi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb.
Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.
İclasda həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Hicran Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğulayıblar.
Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşılayıblar.
Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.
Etiketlər
Oxşar xəbərlər
Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödən...
Son Xeberler
Vergini aldatdığı üçün 4,5 milyon pul ödəyəcək
Şou Xəbər
Bu şəxslərin də təhsil haqqını dövlət ödəyəcək -
Son Xeberler
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödən...
Son Xeberler
Prezident mühüm qanunu
Son Xeberler
43 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan k...
Son Xeberler