
Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ

İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.
Bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb. Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər.
Xatırladaq ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Bildirilib ki, sistemdə edilmiş dəyişikliyə əsasən, vətəndaşlar icazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalamaqla yenidən qeydiyyatdan keçə bilər.
Etiketlər
Oxşar xəbərlər

Türkiyədə karantin yenə sərtləşdi -
Son Xeberler

Evlərini tərk edən koronavirus xəstələri saxlanıld...
Son Xeberler

DİN-dən karantin postları ilə bağlı
Son Xeberler

Yenidən sərt karantin qaydalarının tətbiqi arzuolu...
Son Xeberler

Bu şəxslərin yerini deyənlərə 10 milyon dollar mük...
Son Xeberler

Əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı -
Son Xeberler