Bu ölkənin prezidenti koronavirusa yoluxdu

19.09.2020 05:44 474 baxış sayı 1 dəq. oxuma
Bu ölkənin prezidenti koronavirusa yoluxdu

Qvatemala Respublikasının Prezidenti Alexandro Jammattei koronavirusa yoluxub.

Bu barədə prezident yerli radiolardan birinə açıqlamasında deyib. Prezident pandemiya başlayandan 6 dəfə koronavirus testi verdiyini bildirib. Qeyd edib ki, sonuncu testin nəticələri müsbət çıxıb.

Məlumat üçün bildirək ki, 16,6 milyondan çox əhalisi olan Qvatemalada koronavirusa yoluxanların sayı 84 mini keçib, 3086 nəfər ölüb.

Ən çox yoluxma halları 20-59 yaş aralığında qeydə alınır. (Apa)

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: