
Bu gündən Bakıya istilik veriləcək

Bu gündən Bakı üzrə istiliyin verilməsinə başlanılır.
Artıq qazanxanaların mərhələli şəkildə qrafikə uyğun işə salınmasına başlanılıb.
2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Belə ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılır.
Mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə, 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.
Etiketlər
Oxşar xəbərlər

Bakıda İstilik Nə Vaxt Veriləcək?
Bugun.az

Əhaliyə şad xəbər
Xəbər Anı

Daha iki məktəbin istilik sistemlərində problem ya...
Son Xeberler

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasi...
Son Xeberler

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler

Rusiyanın Müdafiə naziri Bakıya gəlir
Son Xeberler