09.12.2020 19:23
6
abunə
362
Bu dəfə Ermənistan Prezidenti Putindən kömək istədi

Ermənistan Prezidenti Armen Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirib ki, o, məktubda Rusiya Prezidentindən Azərbaycan-Ermənistan sərhədinin demarkasiya işlərində köməklik göstərməsini istəyib.

“Prezident Sarkisyan məsələnin müstəsna əhəmiyyətini və aktuallığını nəzərə alaraq, Rusiya Prezidentinə gələcəkdə növbəti gərginliyin və mənfi hadisələrin baş verməməsi üçün Ermənistan və Azərbaycan arasındakı sərhədin demarkasiyası və tamamlanması prosesinə kömək edilməsi istəyi ilə müraciət edib”,- deyə açıqlamada qeyd olunub.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine