09.08.2020 19:48
6
abunə
644
Braziliyada matəm elan edildi

Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı 100 mini ötüb.

Bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 905 nəfər koronavirusdan ölüb, bununla da pandemiyanın qurbanlarının sayı 100 543 olub.

Braziliya Ali Məhkəməsi ölkədə matəm elan edib.

Qeyd edək ki, Braziliya koronavirusdan ölüm hallarına görə dünyada ikinci yerdədir. Ölkədə üç milyondan çox insan koronavirusa yoluxub.(oxu.az)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine