Böyük Britaniyadan Rusiyaya Sərt Xəbərdarlıq: "Bu Gecə Vuruşacağıq!"
Böyük Britaniya Baş Qərargahının rəhbəri general-leytenant Rob Maqovan, Rusiyanın Şərqi Avropanı işğal etməsi halında onlara qarşı mübarizə aparacaqlarını bildirib. O, açıq şəkildə bəyan edib: "Əgər bu gecə İngilis ordusunun döyüşməsi əmr olunarsa, bu gecə döyüşəcəyik!"
Böyük Britaniya Müdafiə Naziri Con Heyli və general-leytenant Maqovan, ölkə parlamentinin Müdafiə Komitəsində deputatların suallarını cavablandırıblar. Heyli, Ukraynadakı vəziyyət barədə Lordlar Palatası və Aşağı Palata üzvlərinə iki brifinq verdiyini vurğulayaraq, Rusiyanın 10 minə yaxın Şimali Koreyalı əsgəri cəbhəyə yönəltdiyini bildirib.
Rusiyanın nüvə təhdidlərinə qarşı milli gəlirin 2,5%-ni müdafiə büdcəsinə ayırmanın vacibliyini vurğulayan Heyli, "Böyük Britaniya NATO-nun şərq qanadında bir diviziyanı yerləşdirə və orada mövcudluğunu davam etdirə bilərmi?" sualına gizli iclasda cavab verəcəyini söyləyib.
Sualları cavablandıran general-leytenant Maqovan isə bildirib: "Nazirin bu məsələyə dair gizli iclas təklif etdiyini nəzərə alaraq deyə bilərəm ki, əgər bu gecə İngilis ordusunun döyüşməsi əmr olunarsa, bu gecə döyüşəcəyik. Əgər ruslar bu gecə Şərqi Avropanı işğal etməyə başlasalar, onlara döyüşdə biz qarşı çıxacağıq". Bunun üzərinə Heyli, "Biz artıq oradayıq, Estoniyadayıq" deyə əlavə edib.
Oxşar xəbərlər
Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az
Yaponiya Rusiyaya nota verdi
Son Xeberler
SON DƏQİQƏ: Rusiyadan sərt xəbərdarlıq -
Son Xeberler
Əhaliyə xəbərdarlıq:
Son Xeberler
Hava ilə bağlı xəbərdarlıq
Son Xeberler
Pxenyanın Rusiyaya əsgər göndərməsinə Seuldan sərt...
Bugun.az