BNA sərt karantindəki böyük problemə görə XƏBƏRDARLIQ ETDİ
Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
BNA-dan verilən xəbərə görə, gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur: "Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.
Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağlı hal müşahidə olunub. Sentyabrın 20-si axşam saatlarında Bakı-Sumqayıt şossesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaradıb. Eyni vəziyyət bu gün səhər də qeydə alınıb.
Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar".
Etiketlər
Oxşar xəbərlər
“Ermənistan artıq qlobal bir problemə çevrilib” -
Son Xeberler
Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt ka...
Son Xeberler
Qazaxıstan da sərt karantin rejiminə qayıdır
Son Xeberler
Payızda sərt karantin rejimi tətbiq oluna bilərmi?...
Son Xeberler
İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi il...
Son Xeberler