🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"BNA-nın konsepsiyası çox sayda insanın işsiz qalmasına səbəb olacaq" - IDDIA

03.09.2020 07:35 345 baxış sayı 3 dəq. oxuma
"BNA-nın konsepsiyası çox sayda insanın işsiz qalmasına səbəb olacaq" -

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Azərbaycanda taksi xidmətlərinin tənzimlənməsi ilə bağlı gündəmə gətirilən yeni konsepsiya cəmiyyətdə geniş müzakirəyə səbəb olub. Əksər insanlar bu konsepsiyanın tətbiqinin iqtisadi və sosial cəhətdən mənfi təsirlərinin olduğunu düşünürlər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynovanın fikirlərini öyrəniLIb. O bildirdi ki, bu tənzimləmədənsə, vahid tarifin qəbul edilməsi səmərəli olardı:

“Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyəti ilə bağlı qəbul etdiyi konsepsiyanı düzgün hesab etmirəm. Azad Bazar iqtisadiyyatıdır. Dövlət qurumu burada işə qarışmamalıdır. Əgər satıcı təklif edir, alıcı da məmnundursa bu mövzuda hər hansısa qərar məqsədəuyğun deyil. Əgər bütün taksi fəaliyyəti ilə məşğul olanlar üçün standart tarif tətbiq olunsaydı o zaman bu konsepsiyanı düzgün addım kimi qiymətləndirmək olardı”.

Günay Hüseynova əlavə etdi ki, bu tənzimləmənin sosial cəhətdən mənfi təsirləri olacaq:

“Bu qərarın qəbul edilməsi bir növ varlıların daha da varlanması, kasıbların isə daha da kasıblaşması təsiri bağışlayır. Köhnə avtomobili ilə taksi fəaliyyəti göstərən evinə gündəlik çörəkpulu aparan minlərlə insanın taleyi necə olacaq? O insanların imkanı yoxdur axı yeni avtomobil almağa. Hətta çoxunun sürücülükdən başqa sənəti yoxdur. Anlaşılandır ki, köhnə avtomobillər şəhərin görüntüsünü pozur, ancaq bu qədər işsiz qalacaq insanları da nəzərə almaq gərəklidir”.

Etiketlər

Paylaş: