
BMT Təhlükəsizlik Şurası Qərbi Saxaradakı MINURSO Missiyasının Mandatını 2026-cı İlə Qədər Uzatdı
Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BMT TŞ) Qərbi Saxara bölgəsindəki BMT Sülhməramlı Qüvvələrinin (MINURSO) mandat müddətini daha bir il uzatmağa dair qərar qəbul etdi. Bu qərar ABŞ tərəfindndən hazırlanmış layihə əsasında səsverməyə çıxarılıb. 15 üzvü olan Şurada 11 ölkə qərarın lehinə səs verib; Rusiya, Çin və Pakistan səsvermədən çəkinib, Əlcəzair isə ümumiyyətlə səs verməyib. Qəbul edilmiş sənədə əsasən, MINURSO missiyasının Qərbi Saxaradakı fəaliyyət müddəti 31 oktyabr 2026-cı il tarixinə qədər uzadıldı.
ABŞ-ın dəstəklədiyi bu qətnamədə, həmçinin, Mərakeşin Qərbi Saxara ilə bağlı təklif etdiyi planın uzun illərdir davam edən mübahisənin həlli üçün "ən mümkün və həyata keçirilə bilən çıxış yolu" olduğu göstərilir. BMT-də ABŞ-ın Daimi Nümayəndəsi Mayk Vals (Mike Waltz) qərarı "Qərbi Saxarada uzun zamandır gözlənilən sülh üçün əhəmiyyətli bir təkan" adlandırıb. Vals bildirib ki, ABŞ uzun müddətdir davam edən bu problemin həlli üçün hər iki tərəfin qəbul edə biləcəyi bir yolu dəstəkləməyə sadiqdir.
Mayk Vals münaqişə tərəflərini yaxın həftələrdə danışıqlar masasına oturmağa çağırdı. O, Mərakeşin təqdim etdiyi etibarlı və real muxtariyyət təklifinin münaqişənin ədalətli və daimi həlli üçün yeganə əsas kimi qəbul edilərək ciddi danışıqların aparılmasını vacib hesab etdi. ABŞ nümayəndəsi bəyan edib ki, tərəflərin bu təklif ətrafında birləşməsi irəliyə doğru atılmış əsas addım olacaq.
Qərbi Saxara münaqişəsinin kökləri 1975-ci ilə, Mərakeşin keçmiş İspaniya koloniyası olan bu bölgəni öz ərazisinə qatmasına gedib çıxır. Bu hadisədən sonra Əlcəzairin dəstəklədiyi müstəqillik tərəfdarı olan Polisario Cəbhəsi ilə Rabat rəhbərliyi arasında gərginlik yaranıb. Mərakeş bölgənin öz suverenliyi altında qalmalı olduğunu müdafiə edir, Polisario Cəbhəsi isə Qərbi Saxaranın müstəqil bir dövlət olmasını tələb edir. Polisario Cəbhəsi 1991-ci ildə BMT vasitəçiliyi ilə atəşkəs razılaşması imzalanana qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparırdı. Həmin atəşkəsdən bəri Qərbi Saxaranın statusu ilə bağlı aparılan görüşlər hələ də uğurla nəticələnməyib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
BMT Təhlükəsizlik Şurası Liviya Missiyası (UNSMİL)...
Son Xeberler

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az

BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı sanksiyalar...
Azəri Xəbər

SpaceX-in Ay Missiyası Təhlükə Altında!
Texnologiya xəbərləri

Windows 10-un dəstəyi uzadıldı
Texnologiya xəbərləri

Elektrikli Avtomobil Doldurucuları üçün ƏDV Məhdud...
Bugun.az


