🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

BMT, Qəzzədə Davamlı Atəşkəsə Çağırış Qəbul Etdi

11.12.2024 23:47 10 baxış sayı 2 dəq. oxuma
BMT, Qəzzədə Davamlı Atəşkəsə Çağırış Qəbul Etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qəzzədə dərhal və davamlı atəşkəsə nail olmaq, girovların azad olunmasını təmin etmək üçün təcili çağırış qəbul edib.


Filistin tərəfindən təqdim olunan qətnamə 158 lehinə, 9 əleyhinə və 13 bitərəf səs ilə qəbul edilib. Qətnamədə tərəflərin beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirmələri, haqsızlıqla həbs olunanların və əsir düşmüşlərin cəsədlərinin geri qaytarılması tələb olunur.


Qətnamədə Qəzzə əhalisinin əsas ehtiyaclarına və humanitar yardıma dərhal çıxışının təmin edilməsi, aclıqla mübarizəyə yönəlmiş hər hansı cəhdlərin qəbuledilməz olduğu və humanitar yardımın BMT-nin koordinasiyası ilə sürətli və maneəsiz şəkildə Qəzzəyə çatdırılması vurğulanır.


İsrailin Qəzzədən tam və qeyd-şərtsiz çıxarılması, əsir əsgərlərin azad edilməsi, öldürülən əsgərlərin cəsədlərinin qaytarılması, Qəzzə əhalisinin evlərinə qayıtması kimi tələblər də qətnamədə öz əksini tapıb.


BMT-nin Filistin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) Qəzzədəki humanitar əməliyyatlardakı əhəmiyyəti vurğulanaraq, Agentliyin fəaliyyətinin zəiflədilməsinə yönəlmiş hər hansı təşəbbüsün qəbuledilməz olduğu bildirilib.


Hesabatlılığın vacibliyinə işarə edən qətnamədə, Baş Katibin İnsan Hüquqları üzrə Ali Komissarı ilə birlikdə hesabatlılığın təmin edilməsi ilə bağlı yazılı təkliflər təqdim etməsi istənilir. Qətnamədə iki dövlətli həllinə dəstək yenidən təsdiq olunur.


Qəzzənin Qərbi Sahil ilə Filistin hakimiyyəti altında birləşdirilməsinin vacibliyi xüsusi olaraq vurğulanır. Baş Katibdən qətnamənin icrası ilə bağlı üç həftə ərzində yazılı qiymətləndirmə təqdim etməsi tələb olunur.


Paylaş: