BMT-nin Komitəsinə ilk dəfə azərbaycanlı vitse-sədr seçilib

16.02.2021 10:36 448 baxış sayı 1 dəq. oxuma
BMT-nin Komitəsinə ilk dəfə azərbaycanlı vitse-sədr seçilib

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) ilk dəfə olaraq azərbaycanlı vitse-sədr seçilib.

Vitse-sədr vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov icra edəcək.

Qeyd edək ki, E.Səfərov 1982-ci ildə anadan olub. O, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiridir. E.Səfərov 15 ildir Dövlət Komitəsində çalışır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: