BMT-nin Baş katibi mülki əhali ilə bağlı məsələdən narahatdır
“Ermənistanla Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həlli üçün səylərini artırmağa çağırırıq”.
Bu barədə BMT-nin Baş katibi Atonio Quttereş açıqlama yayıb. Onun açıqlamasını mətbuat katibi Stefan Düjarrik mətbuata çatdırıb:
“Baş katib tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə razılaşdırdıqları əvvəlki öhdəliklərini yerinə yetirməyə, vicdanla və təcili olaraq konkret tədbirlər görməyə çağırır. O, tərəfləri konstruktiv dialoqa davam etməyə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə münaqişənin sülh və davamlı həlli üçün səyləri artırmağa çağırır”, - deyə bəyanatda qeyd olunub.
Mətbuat katibi Quttereşin davam edən hərbi əməliyyatların mülki əhaliyə təsir etdiyi barədə xəbərlərdən ciddi şəkildə narahat olduğunu bildirib.
“O, bütün bu cür hücumları qınayır və beynəlxalq hüquq normaları çərçivəsində həyatları xilas etmək və mülki şəxsləri qorumaq, eləcə də hərbi əməliyyatlar zamanı mülki infrastrukturu qorumaq üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduqlarını təkrarlayır”, -deyə Düjjarik qeyd edib.
Oxşar xəbərlər
Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı
Son Xeberler
XİN ABŞ Dövlət Departamentinə cavab verdi
Son Xeberler
“Azəriqaz”dan əhaliyə verilən qazla bağlı
Son Xeberler
NATO BAŞ KATİBİ: Putin Çarəsiz Qalıb.
KIBRIT MEDIA
Bakıda karantin postları niyə yığışdırılıb?-
Son Xeberler
NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA