“Biz itirilmiş qurbanlarımızın qisasını döyüş meydanında aldıq”
“Gəncə belə vəhşi atəşinə məruz qaldıqda, bu, hər bir azərbaycanlını hidddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”.
Bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, biz səbr göstəririk və adekvat cavab tələb olunur: “Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt sivillərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
Ona görə qalıcı atəşkəsin olması üçün Ermənistan ilk növbədə anlamalıdır ki, işğaldan azad edilmiş torpaqları onlar görməyəcək, onlar ora dönməyəcəklər. Bu, tamamilə onlar üçün imkansızdır. Kim nə deyir desin, kim onları necə dəstəkləyirsə, dəktəkləsin, bu, olmayacaq. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.
Oxşar xəbərlər
Tramp və xanımı koronavirusa yoluxub
Son Xeberler
Dayısının qisasını almaq üçün ordu sıralarına qatı...
Son Xeberler
Prezident Bayraq Meydanında bayrağımızı ucaltdı
Xəbər Anı
“Şəhidlərin ruhu qarşısında onlara diz çökdürmüşük...
Son Xeberler
“Şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq”
Son Xeberler
"Borussiya"dan böyükhesablı qələbə
İdman Xəbər