🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Beyrutda etirazçılar XİN və parlamentin binasını ələ keçirdi

08.08.2020 17:27 683 baxış sayı 1 dəq. oxuma
Beyrutda etirazçılar XİN və parlamentin binasını ələ keçirdi

Livanın paytaxtı Beyrutda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

5 mindən çox vətəndaşın iştirak etdiyi aksiyalar zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Son məlumatlara görə, nümayişçilər ölkə parlamentinin və Xarici İşlər Nazirliyinin binasına daxil olublar. XİN-in inzibati binası qərargah elan edilib.

Etirazçı kütlənin əsas tələbi hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.

Paylaş: