🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Bayrağı əks etdirən geyiminə görə tənqid olunan Mənzurədən ilginc açıqlama

22.11.2020 18:22 582 baxış sayı 1 dəq. oxuma
Bayrağı əks etdirən geyiminə görə tənqid olunan Mənzurədən

Müğənni Mənzurə Musayeva üzərində Azərbaycan bayrağının rənglərini əks etdirən geyiminə görə iki gündür ki, sosial şəbəkələrdə tənqid atəşinə tutulur.

Müğənni sosial şəbəkədə videomüraciət yayaraq, tənqidlərə cavab verib. O, həmin geyimi geyinməsinə bu cür aydınlıq gətirib:

"O paltarı geyindiyimə görə izləyicilərim mənə irad tutdular. Bildirmək istəyirəm ki, bu paltarı məhz "Şuşanın dağları" mahnısına görə geyinmişəm. Həmin mahnıda "Şuşanın dağları başı dumanlı, qırmızı koftalı yaşıl tumanlı" sözləri qeyd edilir. Ona görə də bu cür geyinmişəm. (musavat)

Paylaş: