Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu

29.11.2020 18:53 768 baxış sayı 1 dəq. oxuma
Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi. BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı.(bakupost.az)

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: