🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Baş Səhiyyə İdarəsinin rəisi: “COVID 19-la bağlı müraciətlərin sayı 25% azalıb”

24.07.2020 05:20 647 baxış sayı 3 dəq. oxuma
Baş Səhiyyə İdarəsinin rəisi:

“Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu tərəfindən Bakı şəhərində 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi yaradılıb. Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır. Amma xəstənin stasionar müalicəsinə göstəriş olan təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibbi işçi çalışır”.

Bunu Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

 Nelli Veysova hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarət olduğunu qeyd edib.

Bundan əlavə, Baş Səhiyyə İdarəsinin rəisi şəhər poliklinikaların sahələrində təşkil edilmiş tibb məntəqələrinin göstərdiyi səyyar xidmətinin kəsintisiz işini təmin etmək məqsədilə hər məntəqə üçün xüsusi bir nəqliyyat vasitəsinin ayrılması haqqında da məlumat verib.

Onun sözlərinə görə, artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.

Həmçinin, Baş Səhiyyə İdarəsinin rəisi verdiyi müsahibə zamanı hal-hazırda COVID-19 ilə bağlı gələn müraciətlərin sayı haqqında da danışıb:

“Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVID 19-la bağlı müraciətlər sayının - 25%-a qədər, ağır xəstələrin müraciətlər sayının isə 30 %-a qədər azalmasını qeyd edə bilərəm”.

Paylaş: