🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Baş prokurordan Ermənistanın siyasi rəhbərliyinə XƏBƏRDARLIQ

17.10.2020 06:21 421 baxış sayı 2 dəq. oxuma
Baş prokurordan Ermənistanın siyasi rəhbərliyinə

Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi yenidən mülki şəxsləri hədəfə alıb.

Bunu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində dağılan ərazidə olan Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən ermənilər mülki əhalini hədəf alıb: "Biz onu müşahidə edirik ki, döyüş bölgəsində məğlubiyyətə uğrayan Ermənistan ordusu yaşayış məntəqələrinə şiddəti artırır, dinc sakinləri hədəf alır. Bu, bəşəriyyət əleyhinə olan cinayətdir. Bunun Ermənistan siyasi rəhbərliyi üçün cavabı çox ağır olacaq. Azərbaycan rəhbərinin hərtərəfli uğurlarına görə Ermənistan siyasi rəhbərliyi terora əl atmağa başlayıb. Amma onlar bununla mülki əhalini qorxuda bilməyəcək. Gəncə əhalisi mərd, qorxmazdır, heç nədən çəkinmir qorxmurlar. Qələbə bizimlədir".

Paylaş: