🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR - SON DƏQİQƏ

25.06.2020 14:32 593 baxış sayı 8 dəq. oxuma
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR -

Baş Nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərada deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

  • 1.1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavəedilsin.
  • 2.Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavəedilsin:

2

“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı

qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxiledilir;

1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

  • 1.açılan əsas səhifədə “icazələr” bölməsinə keçdedilir;
  • 2.tələb olunan “FİN” kodu və doğum tarixi daxiledilir;
  • 3.icazənin növü seçilir (1 və ya2);
  • 4.“Göndər” düyməsisıxılır;

1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

  • 3.1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatda” sözlə- rindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavəedilsin.
  • 4.1.9-cu bəndin birinci cümləsinə “göndərilməsi” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə “göndərilmədən” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
  • 5.1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.
  • 6.4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya “E-Təbib” mobil tətbiqi” sözləri əlavəedilsin.
  • 7.6-cı hissə aşağıdakı redaksiyada verilsin: “6. Müəyyən edilsinki:
  • 6.1.Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;
  • 6.2.bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çoxolmamalıdır;

3

  • 6.3.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsinisaxlayır.”.
Paylaş: