Son Xeberler
7 abunə
Baş infeksionist: “Küləyin çimərliyə nə dəxli var?”
04.08.2020 09:37
392 baxış sayı
3 dəq. oxuma
"Çimərlik mövsümü sentyabrın ortalarına qədər davam edəcək. Bir vaxtlar hər kəs çimərliyin açılmasını istəyirdi. İndi isə deyirlər ki, Bakıda küləkdir. Bakı hər zaman küləkli olub. Bakı küləklər şəhəridir. Küləyin çimərliyə nə dəxli var?"
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, avqust ayı yayın ən qızmar vaxtıdır.
"İnsanlar kimisə tənqid etməyə bəhanə axtarırlar. Türkiyəyə istirahətə, çimərliklərə avqust ayında gedilirdi. Bakıda həmin avqust ayıdır. Bu gün küləkdir, sabah hava düzələr, yenə çimərliyə gedərlər. Bakının küləyini dayandıra bilmərik və havanın necə olacağını da təxmin edə bilmirik”.
Rayonlara gediş-gəlişlə bağlı məsələyə gəlincə, C.İsayev bildirib ki, Operativ Qərargahın qərarı düzgündür.
"Elə rayonlarımız var ki, orada yoluxma yoxdur. Elələri də var ki, tək-tək hallarda yoluxma olub. İnsanların rayonlara gedib-gəlməsi müzakirə edilib və qərarlaşdırılıb ki, hələ tezdir. Çünki gündəlik xəstələnmə sayı 200-dən yuxarıdır. Bu, 400-500 rəqəmlərindən yuxarı dövrlə müqayisədə azalmadır. Amma istənilən hədd deyil. Bakıda xəstəlik çoxdur. Bakıda olan insanları rayona göndərmək düzgün deyil. Rayona getmək deyəndə, insanlar şənbə günü gedib, bazar günü qayıdacaqlarını bildirirlər. Bu xəstəliyin yayılması deməkdir. Diqqətli olmaq lazımdır. Xəstəliyin artımının qarşısını almağa müəyyən qədər nail olmuşuq. Sabitliyin daha qalıcı olduğunu görəndən sonra bəlkə rayonlara gediş-gəlişi bərpa etmək olar. Eləcə də digər yumşalmalar ola bilər”.
Etiketlər
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli
Son Xeberler
591
27/11 06:34
Azərbaycanda yayılan virus nədir?
Tibbi məlumatlar
54
06/11 09:27
Azərbaycanın baş infeksionisti dəyişdi -
Son Xeberler
450
07/10 11:40
Sərt karantin rejimi uzadılacaq? –
Son Xeberler
612
02/08 05:48
Əhaliyə vurulan koronavirus vaksini nədən hazırlan...
Son Xeberler
499
18/01 11:32
Payızda sərt karantin rejimi tətbiq oluna bilərmi?...
Son Xeberler
454
08/09 07:39