🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Balalarımı heç kimə əmanət etmə” - Şəhidimizin xanımı ilə son yazışması / FOTO

19.12.2020 10:28 532 baxış sayı 3 dəq. oxuma
“Balalarımı heç kimə əmanət etmə” -

“Son dəfə oktyabrın 10-da evə gəldi. Ağlayırdım, hiss elədim ki, dönüşü olmayan bir gediş olacaq”.

Bu sözləri şəhid Fariz Həsənovun xanımı Əzizə Həsənova bildirib. O qeyd edib ki, Fariz evdən elə çıxdı ki, sanki şəhadətə yürüyüş kimi... sanki şəhidlik zirvəsinə ucalacağını bildirdi:

“Fariz elə getdi ki, elə bil balaları ilə məni tək qoyacağını bilirdi. O balarını mənə tapşırdı. Göz yaşımı sildi və dedi: “Möhkəm ol, hər şeyə hazır ol.

Mənə nəsə olsa ağlama, fəxr elə! Fəxr et ki, sən mənim həyat yoldaşımsan. Sənə əmanət iki gül bala var yanında, onları heç kimə etibar etmə. Göz yaşımı gizlədə bilmədim.

Amma onun gözlərinə baxıb özümə söz verdim. Mən vətənini, övladlarını sevən Farizin həyat yoldaşıyam, möhkəm olmalıyam. O balaları atasının ruhunda böyütməliyəm. Ürəyim parçalanıb, cismən yaşayıram. Ruhum Farizin yanındadır. Amma söz verirəm, balalarına atasızlığın nə olduğunu hiss etdirməyəcəm”. Qeyd edək ki, Fariz Həsənov oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

O daha sonra həyat yoldaşı ilə son yazışmasını bizimlə bölüşüb:(Baku.ws)

Paylaş: