19.08.2020 19:55
6
abunə
390
Bakıda yaşadığı evdə odlu silah gizlədən şəxs saxlanıldı - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunan Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.

Onun yaşadığı evə baxış zamanı bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və altı ədəd patron aşkar olunaraq götürülüb. 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine