
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi

Dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.
TƏBİB-dən verilən məlumata görə, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb.
Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb.
Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır.
Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz -...
Son Xeberler

17 nəfər dönərdən zəhərləndi
Bugun.az

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlən...
Bugun.az

"Atamın ölümünə görə həkimlərdən qisas alıram" - İ...
Şou Xəbər

Aleksey Navalnı zəhərləndi -
Son Xeberler

Həkimlər cərimələnir, bioloji aktiv qida məhsulu n...
Bugun.az


