
Bakıda restoranda ad günü məclisi keçirən model cərimələndi - FOTO

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4 000 manat cərimə ediliblər.
"Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur", - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Raziyyət Əliyeva modeldir.
Oxşar xəbərlər

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslə...
Son Xeberler

İsmayıllıda ad günü təşkil edənlər cərimələndi -
Son Xeberler

"Lotu Quli"nin qohumu Bakıda həbs edildi!
Son Xeberler

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı

Bakıda restoranın kassası qarət edildi
Son Xeberler

Karantin qaydalarını pozan azərbaycanlı model cəri...
Son Xeberler