Son Xeberler
Son Xeberler

15.02.2021 16:14

6 abunə

326

Bakıda qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda qar yağacaq -
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə yaydığı xəbərdarlığa görə, fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.
 
Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.
 
Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.
 

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine