Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu

25.09.2020 05:56 564 baxış sayı 1 dəq. oxuma
Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb.

Ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər. 

İlkin araşdırmalarla məlum olub ki, hadisə E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: