10.09.2020 14:56
6
abunə
406
Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayon AÇIQLANDI - RƏSMİ

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.

Növbəti sıralarda yoluxma sayına görə Xətai (12,2%), Yasamal (11,8%) və Sabunçu (11,7%) rayonları yer alır.

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,6%-i Səbail rayonunda yaşayanlardır.

Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine