
Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən ana tutuldu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bununla bağlı Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

Bağ evində narkotik becərən şəxs tutuldu
Son Xeberler

Bakıda narkotik istifadəçisi həbs edildi
Son Xeberler

Daha bir narkotacir tutuldu
Son Xeberler

DİN ƏMƏLİYYAT keçirdi:
Son Xeberler

Bakıda gözəllik salonundan oğurluq edənlər tutuldu
Son Xeberler

"Lotu Quli"nin qohumu Bakıda həbs edildi!
Son Xeberler