Bakıda gizli fəaliyyət göstərən masaj salonu aşkarlandı

29.08.2020 12:22 628 baxış sayı 2 dəq. oxuma
Bakıda gizli fəaliyyət göstərən masaj salonu aşkarlandı

Bakıda xüsusi-karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda "Hamam Center" adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub.

Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər.

Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunuraq, hər biri cərimə ediliblər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: