Son Xeberler
7 abunə
Bakıda fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü
20.02.2021 10:19
358 baxış sayı
3 dəq. oxuma
Bakıda fəhlənin hündürmərtəbəli binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlandı.
Fevralın 19-da saat 16.00 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında "Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılmış və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Fəhlə binadan yıxılaraq öldü
Son Xeberler
529
18/08 13:41
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
Son Xeberler
591
14/09 13:19
“Sədərək” ticarət mərkəzində daha bir faciəvi ölüm
Son Xeberler
501
22/02 12:11
Fəhlə 9 mərtəbəli binadan yıxılıb öldü
Son Xeberler
366
23/11 06:42
Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler
372
19/02 08:56
Bakıda FACİƏ -
Son Xeberler
459
15/09 11:55