23.06.2020 14:37
6
abunə
596
Bakıda ən çox yoluxma bu 3 rayondadır

Azərbaycanda koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Xətai, Yasamal və Binəqədi rayonlarında olub. Xətai 12,2%, Yasamal isə 12,2% təşkil edib. Bakıda ən çox yoluxma isə Binəqədi rayonunda - 12,3% olub

Müvafiq olaraq yoluxma faizi Sabunçuda 11.7%, Nəsimidə 11.9%, Suraxanıda 9.2%, Nərimanovda 8.8%, Nizamidə 7.9%, Qaradağda 6%, Xəzər rayonunda 4.3%, Səbaildə 4.2%, Pirallahıda 0.3% təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine