Bakıda əməliyyat keçirildi, həbs olunanlar var

28.02.2021 12:37 703 baxış sayı 2 dəq. oxuma
Bakıda əməliyyat keçirildi, həbs olunanlar var

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş T.Həsənovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda daha 4 nəfərin çantasından ümumilikdə 444 manat, 51 ABŞ dolları və bank kartı oğurlaması müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: