
Bakıda dörd azyaşlı itkin düşüb

Ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinə dördü yeniyetmə olmaqla, beş nəfərin itkin düşməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
2005-ci il təvəllüdlü Xəzər rayonunu Qala qəsəbə sakini Fatimə Abdulova iyulun 22-də, saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun həmyaşıdı, Suraxanı rayonunun Hövsan qəsəbə sakini Diana Kiriyeva da həmin gün, saat 14:00 radələrində itkin düşüb.
Sabunçu rayonunun Maştağa qəsəbəsində eyni ailənin üç üzvü - 1978-ci il təvəllüdlü Təranə Əliyeva, həmçinin qızları – 2014-cü il təvəllüdlü Güləsər və 2010-cu il təvəllüdlü Tanar evdən çıxıb və geri qayıtmayıblar.
Hazırda rayon polis şöbələri onları axtarır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən...
Son Xeberler

Bakıda 27 gündür itkin düşən azyaşlı qız GÖRÜN HAR...
Son Xeberler

Maştağada itkin düşən qızlar tapıldı
Bugun.az

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü b...
Son Xeberler

Bakıda iki qız itkin düşdü - FOTO / YENİLƏNİB
Bugun.az

Bakıda məktəbli dərsdən sonra itkin düşüb
Xəbər Anı