🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA

08.12.2020 08:11 345 baxış sayı 2 dəq. oxuma
Bakıda dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? -
Məlum olduğu kimi, son günlər Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayı ciddi şəkildə artıb. Bununla əlaqədar olaraq, karantin rejiminin sərtləşdiriləcəyi barədə cəmiyyətdə müzakirələr gedir. İnsanlar arasında dekabrın 14-dən başlayaraq karantin rejimin sərtləşdiriləcəyi, SMS icazə sisteminin yenidən aktivləşdiriləcəyi barədə söhbətlər dolaşır. Milli Məclisin deputatı Müşfiq Cəfərovun ölkəmizdə 2 həftəlik sərt karantin rejiminin tədbiqi barədə təklifindən sonra isə bu müzakirələr daha geniş vüsət alıb.
 
 Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov e-huquq.az-a açıqlamasında karantin rejimin sərtləşdiriləcəyi barədə hələlik hər hansı qərarın olmadığını bildirib.
 
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.
Paylaş: