
Bakıda 5 qumbara, 59 patron tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində 3 ədəd əl qumbarasının tapılması məlumat daxil olub.
ANAMA-dan bildirilib ki, Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd əl qumbarası (partladıcısız), 5 ədəd UZRQM partladıcısı və 59 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında ətrafında 800 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar xəbərlər

Bakıda əl qumbarası tapıldı -
Son Xeberler

"Bandotdel" ƏMƏLİYYAT keçirib-
Son Xeberler

Goranboyda qayınata gəlinə qumbara atdı
Bugun.az

Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler

Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı tapıb
Son Xeberler

Qanunsuz saxlanılan silah-sursat aşkar olundu
Bugun.az