Son Xeberler
Son Xeberler

23.02.2021 19:39

6 abunə

1336

Bakıda 5 gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR - Evə girən ata 2 oğlunun cansız bədənini tapır

Bakıda 5 gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR -

Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.

Ilkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.

Hadisə barəsində isə ilk olaraq ev sahibi Rəşad Əliyev xəbər tutub. Övladlarının zənglərə cavab vermədiyini görən ata təmirdə olan mənzilə gəlib. O, 2 oğlu ilə yanaşı, onların digər 2 dostunun və ustanın cansız bədənini tapıb.

Qeyd edək ki, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar.

Onların cənazələri bu gün ailələrinə təhvil veriləcək.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine