08.12.2020 12:00
6
abunə
619
Bakı metrosunda yeni stansiya - “8 noyabr”
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.
 
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:
 
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası "8 Noyabr” adlandırılsın”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine